Yaponiya Baş naziri Sanae Takaiçinin Çinlə diplomatik münaqişəsi Yaponiya üçün baha başa gələ bilər. “Reuters” agentliyinin məlumatına görə, Nomura Tədqiqat İnstitutunun hesablamalarına görə, təkcə Çinli turistlərin boykot etməsi Yaponiya iqtisadiyyatına ildə 2,2 trilyon yenə (14,2 milyard dollar) başa gələcək.
7 noyabrda Sanae Takaiçi parlamentdə Tayvan böhranının Yaponiya üçün “mövcudluq təhlükəsi” yarada biləcəyini və belə bir təhlükənin Tokionu özünümüdafiə hüququndan istifadə etməyə məcbur edə biləcəyini bildirib. Bu fikirlər Pekində son dərəcə mənfi reaksiyaya səbəb olub. Çin dövlətə məxsus aviaşirkətlərə Çin hakimiyyəti vətəndaşlarını dost olmayan ölkəyə səyahət etməmək barədə xəbərdar etdikdən sonra müştərilərə Yaponiyaya uçuşların pulsuz ləğvini təklif edib.
Ümumdünya Səyahət və Turizm Şurasının məlumatına görə, turizm Yaponiyanın ÜDM-nin təxminən 7%-ni təşkil edir və son illərdə artımın əsas hərəkətverici qüvvəsi olub. Çinin materik hissəsindən və Honkonqdan gələn turistlər ölkəyə gələn bütün turistlərin təxminən beşdə birini təşkil edir. Çinli turistlər üçün turlar üzrə ixtisaslaşmış Tokioda yerləşən kiçik bir şirkət olan” East Japan International Travel Service”, ilin qalan hissəsi üçün sifarişlərinin 80%-ni itirdiyini bildirib.
//Samir Qurbanov, Editor.az

