Pekin və Vaşinqton arasında geosiyasi gərginliyin SSRİ və ABŞ arasında Soyuq Müharibə ilə çox oxşar cəhətləri var. Amma bu dəfə son nəticədə uduzan Amerika ola bilər.
Editor.az bildirir ki, Bu fikri “Bloomberg”in səhifələrində köşə yazarı, Stenford Universitetinin Huver İnstitutunun baş elmi işçisi Niall Ferqyuson bildirib. O, SSRİ-nin baş katibi Leonid Brejnevin 1973-cü ildə ABŞ-a səfəri ilə Çin lideri Si Cinpinin keçən həftə Amerikaya səfəri arasında paralellər aparır. 1973-cü il sammiti Amerikaya Vyetnam müharibəsindəki məğlubiyyət kimi 1960-cı illərin və 70-ci illərin əvvəllərindəki geosiyasi fəlakətlərdən sağalmaq üçün vaxt verən qondarma “detente”nin mühüm mərhələsi oldu. O bildirir ki, bir neçə onillik sürətli iqtisadi artımdan sonra Çin yenidən iqtisadi cəhətdən ABŞ-dan geri qalmağa başlayıb.
Ölkə demoqrafik böhranla üz-üzədir və əsas kapitala böyük investisiyalara əsaslanan iqtisadi modelinin tavanını vurub. Buna baxmayaraq Çin artıq dünyanın əsas emalatxanasına çevrilib və ehtiyacı olan hər şeyi istehsal etmək iqtidarındadır. Məsələn, Çin hazırda dünya gəmilərinin 46%-ni təkbaşına tikir. “Apple” kimi böyük Amerika korporasiyaları Çindəki istehsal obyektlərindən son dərəcə asılıdır. Ferqyuson, Çinin Amerikanın bir vaxtlar etdiyi kimi hərəkət edir – adanı birbaşa işğal etmək əvəzinə, onu dəniz və havadan blokadaya başla.
Blokadadan ən çox əziyyət çəkən isə Qərbdir, çünki o, Tayvanda cəmləşən yarımkeçirici istehsalından kritik asılıdır. “Soyuq müharibəni bitirməyin iki yolu var. Biri daxili çöküşdür. Digəri isə düşmənə oxşamağa başlamaqdır”.- deyə Ferqyuson yazır.
//Samir Qurbanov, Editor.az