Çinli ekspert: Baydenin qərarı böyük sürpriz deyilbackend

Çinli ekspert: Baydenin qərarı böyük sürpriz deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Bucknell Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə professoru Zhiqun Zhu açıqlamasında prezident Cozef Baydenin namizədlikdən imtina qərarını dəyərləndirib.

Editor.az xəbər verir ki, çinli ekspert Baydenin bu qərarının gözlənilən olduğunu diqqətə çatdırıb. Prezidentin geri çəkilməsindən sonra Demokrat Partiyasında yaranacaq namizədlik bərabərliyinə toxunan Zhiqun qeyd edib ki, Baydenin vitse-prezident Kamala Harrisə dəstəyi qadın siyasətçinin prezidentliyə namizədliyinin qəbulu üçün ciddi qüvvə olacaq. Bununla belə, çinli ekspert Respublikaçılar Partiyasının namizədi Donald Trampa qarşı sui-qəsdin keçmiş prezidentin tərəfdarlarını birləşdirdiyinə diqqət çəkib.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Bayden noyabrın 5-də keçiriləcək seçkilərdə namizədliyini geri götürdüyünü və namizəd kimi müavini Kəmalə Harrisi dəstəklədiyini açıqlayıb.

//Gülnarə Abasova, Editor.az