Şərqi Çin Normal Universitetinin Rusiya Araşdırmaları Mərkəzinin direktoru Feng Şaolei bildirib ki, beynəlxalq dəyişikliklər və münaqişələr Rusiya və Çini bir-birinə daha da yaxınlaşdırır.
Editor.az xəbər verir ki, Valday Beynəlxalq Diskussiya Klubu və Şərqi Çin Normal Universiteti Rus Araşdırmaları Mərkəzinin təşkil etdiyi Rusiya-Çin Konfransı çərçivəsində Sputnik-ə danışan Feng belə deyib.
“Mən Rusiyanın Çinin etibarlı tərəfdaşı olduğuna inanıram və inanıram ki, əksər çinlilər də belə düşünür, çünki Çin və Rusiya etibarlı strateji tərəfdaşlardır. Üstəlik, biz uzun müddətdir ki, yaxşı dost və yaxşı tərəfdaşıq və bu, təkcə siyasətçilərin qərarı deyil, həm də Çin xalqının uzunmüddətli məqsədidir”,-deyə o bildirib.
Çin-Rusiya münasibətlərinin strukturunun belə olduğunu qeyd edən çinli ekspert deyib:
“Bu struktur təsadüfən bir-iki nəfər tərəfindən təyin olunmayıb. Bu, son üç-dörd onillikdə Çin və Rusiyanı bir-birinə yaxınlaşdıran beynəlxalq dəyişikliklərin və bir sıra münaqişələrin nəticəsidir”.
//Gülnarə Abasova, Editor.az