Çinli ekspert: “Ukraynadakı münaqişə NATO-la dialoq yolu ilə həll edilməlidir”backend

Çinli ekspert: “Ukraynadakı münaqişə NATO-la dialoq yolu ilə həll edilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Rusiya hökumətləri münaqişənin əsas səbəblərini aradan qaldırmadan sadəcə atəşkəs haqqında danışmaqla Ukrayna böhranını həll edə bilməyəcəklər.

Editor.az xəbər verir ki, bu barədə Çin Xarici Əlaqələr Universitetinin professoru Li Haidong bildirib.

“Ukrayna böhranı Avropanın təhlükəsizliyi ilə bağlı daha geniş problemin yalnız bir əlamətidir. Münaqişənin kökündə NATO-nun Avropada hədsiz üstünlüyü və genişlənməsi durur. Atəşkəs Ukrayna böhranının həllinə kömək etməyəcək”.

O əlavə edib ki, Çin tərəfi dialoq yolu ilə həllə nail olmağın “çox çətin” olduğunu başa düşür.

//Gülnarə Abasova, Editor.az