Çin fond bazarında kəskin artım Bloomberg Billionaires Index-ə daxil olan çinli milyarderlərin sayının artmasına səbəb olub.
Editor.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Oktyabrın 9-na olan məlumata görə, dünyanın 500 ən zəngin adamı siyahısına 55 çinli iş adamı daxil edilib. Bu rəqəm sentyabrın 23-ü ilə müqayisədə 9 nəfər çoxdur. Bu artım, Xi Jinping hökumətinin elan etdiyi bir sıra iqtisadi dəstək tədbirləri ilə bağlıdır.
Çin səhmlərinin CSI 300 indeksi stimul elan edildikdən sonra 30 faizdən çox artıb və bir həftəlik tətildən sonra çərşənbə axşamı günü 11 faiz artıb.Reytinqdə yeni gələnlər arasında ən zəngini East Money Information-ın sədri və təsisçisi Qi Shi olub. Onun şirkətinin səhmləri sentyabrın 23-dən 127% bahalaşıb.
Onun ardınca Çində 700-dən çox göz xəstəxanası olan bir səhiyyə şirkəti olan Shenzhen-də siyahıya alınmış Aier Eye Hospital Group-un sədri Chen Ban gəlir. Siyahını KE Holdings daşınmaz əmlak qrupunun yaradıcısı Zuo Huinin dul arvadı Çju Yan tamamlayıb.
//Gülnarə Abasova, Editor.az

