“Cinsi oriyentasiyasına görə işdən qovulub” – Yüzbəyovabackend

“Cinsi oriyentasiyasına görə işdən qovulub” – Yüzbəyova + FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İNFLUENSER XATİRƏ YÜZBƏYOVA İNSTAQRAMDA TƏNQİDİ STATUSLAR PAYLAŞIB.

O, TikTok-da davranışlarına görə Babək adlı gənci linç edənləri qınayıb. Xatirə deyib ki, sözügedən tiktokerə cinsi oriyentasiyası səbəbilə təzyiq göstərirlər:

“Bilirsiz ki,  içimizdə bəzi insanların cinsi oriyentasiyaları fərqlidir. Geyləri və digərlərini nəzərdə tuturam. TikTok-da Babək adlı bir oğlan var. Mən onun xətrini çox istəyirəm. Onu məcbur edirlər ki, özünü “kişi kimi” aparsın. Linç edirlər, guya, onu çox istəyirlər. Dəyişməyə çalışırlar. Siz onu dəyişə bilməyəcəksiniz. Çünki o insan elədir.

Canlı yayımı izləmişəm, əsəblərim oynayıb. Kişi kimi geyinsə də, hərəkətləri qadına məxsusdur. Bəlkə də o, özü də dilinə gətirə bilmir ki, belədir, dərk edə bilmir. Amma kənardan hər şey anlaşılır. Onu o dərəcəyə gətiriblər ki, özünü “kişi kimi” aparmaq istəyir, “qədeş” kimi davranmağa çalışır. Bunu bacarmır və kənardan gülünc görünür. Orada ona deyirlər ki, saçını belə dara, özünü belə apar, hə “brat” kişi belə edər, saçını belə darayar. Bunu yazanların içərisində qadınlar da var. Bir insana təzyiq göstərərək, necə özünü belə aparmasını istəyə bilərsiniz?! Onsuz da o insan psixoloji cəhətdən zəifdir. Özünü elə apara bilməz, alınmır. Bu, bir seçim deyil. Gül kimi uşağı “qaqa” etmək istəyirlər. Çox saf, təmiz, iradəsiz insan olduğu bəllidir. Mən onun canlısına baxırdım, əhvalım düzəlirdi, hədiyyələr atırdım.

Adımı belə düz tələffüz edə bilmirdi. Rayonda yaşayır, valideynləri yoxdur. İşdən belə bu cür olmağına görə çıxarılıb. İşsizdir. Necə yaşayır? Sən onunla maraqlanmırsan, bilmirsən ki, cinsi oriyentasiyasına görə işdən qovulub. Yetimdir, tək yaşayır. Evində televizoru yoxdur, deyirsən ki, kişi olmalısan. Olmalısan ki, bunların hamısı olsun”.

//Olay

Facebook Notice for EU! You need to login to view and post FB Comments!