Kosovada yaşayan və adı açıqlanmayan 67 yaşındakı adam cinsi orqanındakı şişə görə narahat olduğu üçün həkimə müraciət edib. Lakin xəstəxanada ona verilən xəbərdən şoka düşüb.
Müayinə zamanı həkimlər müəyyən ediblər ki, yaşlı adam eyni zamanda qadın orqanları da daşıyır.
Tibb dünyasında bu hallara rast gəlinsə də, belə xəstələr o qədər də çox deyil. Dünya üzrə bu cür xəstələr təxminən iki yüz nəfərdir. Həkimlər isə belə hadisəylə ilk dəfədir ki, rastlaşdıqlarını bildiriblər.
Belə hallarda kişi orqanları inkişaf edən körpələrdə qadın orqanları da inkişaf edir. Ancaq kişi orqanları daha qabarıq olan xəstələr çox vaxt belə bir vəziyyətin onların başına gəldiyinin fərqinə varmırlar. Digərləri həqiqəti təsadüfən öyrənirlər.
Tibbdə isə buna hermafroditizm xəstəliyi deyilir. Bu isə kişi və qadın cinsi xüsusiyyətlərinin və reproduktiv orqanların bədəndə eyni vaxtda və ya ardıcıl olmasıdır.
//moderator.az

