Cinsi seçim edən ata və anaları cinayət məsuliyyətinə cəlb etmək lazımdır- Fazil Mustafabackend

Cinsi seçim edən ata və anaları cinayət məsuliyyətinə cəlb etmək lazımdır- Fazil Mustafa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cinsi seçim edən ata və anaları cinayət məsuliyyətinə cəlb etmək lazımdır, bəlkə o halda bu məsələlərin qarşısını almaq mümkün oldu”.

Editor.az xəbər verir ki, deputat Fazil Mustafa bu fikirləri Milli Məclisdəki çıxışında söyləyib. Ölkədə 2,6 mln uşağın olduğunu deyən F.Mustafa bildirdi ki, 2,5 min küçə uşağının mövcudluğu narahatlıq doğurur.

Millət vəkili qeyd etdi ki, Azərbaycanda 13 minə yaxın uşaq internatdadır. Bundan əlavə, 50 minə yaxın uşaq zorakılığa məruz qalır. “Biz birinci uşaqdan, təhsildən danışmalıyıq. Bu gün orta məktəblərdə 20 nəfərin təhsil almalı olduğu auditoriyalarda 30-35 uşaq oxuyur. Belə olan halda təhsildə yüksək keyfiyyətdən danışmaq çətin məsələdir”.

F.Mustafa qeyd etdi ki, biz bu gün uşaqları xilas edə bilməsək, Azərbaycanın gələcəyi ilə bağlı narahatlıq azalmayacaq.