“Cinsi tərbiyə ailədən başlamalıdır”- Psixoloqbackend

“Cinsi tərbiyə ailədən başlamalıdır”- Psixoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cinsi tərbiyə uşağın həyatında böyük rol oynayır”.

Bu sözləri Editor.az-a uşaqlara cinsi tərbiyə verilməsi ilə bağlı danışarkən psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, uşaqlara digər davranışlar kimi cinsi tərbiyə də verilməlidir. Uşaqlar 3 yaşından başlayaraq öz cinslərinin fərqində olurlar:

“Əlbəttə uşağa kiçik yaşlarından başlayaraq cinsiyyəti ilə bağlı müxtəlif situasiyalarda “ayıbdır” kimi ifadələrin işlədilməsi düzgün deyil. Ata tərəfindən oğlan, ana tərəfindən qız uşaqları cinsi tərbiyə ilə məşğul olmalıdır. Bəzən uşaqlar valideynləri ilə bu məsələ üzərindən ünsiyyət qura bilmədiyindən kənardan məsləhət alaraq cinsi tərbiyə alırlar. Bu isə müəyyən hallarda uşaqları yanlış yerlərə apara bilir. Çalışmalıyıq ki, uşaq cinsi tərbiyəni həm məktəb, həm də valideyndən ala bilsin.

Hazırda psixologiyada bu məsələyə xüsusi yer verilir. Psixoloqlar uşaqların cinsi tərbiyə alması ilə məşğul olur. Lakin istənilən halda cinsi tərbiyə ailədən başlamalıdır”.

//Səbinə Hüseynli, Editor.az