Florida (ABŞ) qubernatoru Ron DeSantis ştata yaxınlaşan “Milton” qasırğası ilə əlaqədar ştat sakinlərini dərhal təxliyə etməyə çağırıb.
“The New York Times” Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadən yazır ki, məcburi və ya məsləhət xarakterli təxliyə ilə bağlı bildirişlər 5,5 milyondan çox insana göndərilib. NYT qeyd edir ki, bu, Florida tarixində ən böyük evakuasiyadır.
Qubernator mətbuat konfransında “Çıxmaq istəyirsənsə, indi çıx” deyib. O, həmçinin bildirib ki, ABŞ prezidenti Co Bayden yaxınlaşan qasırğaya hazırlıqla bağlı dövlət orqanlarının verdiyi bütün təklifləri bəyənib. Desantisin sözlərinə görə, qasırğanın nəticələrinin aradan qaldırılmasına ABŞ Milli Qvardiyasının 8 minə yaxın üzvü cəlb olunacaq.
//Samir Qurbanov, Editor.az