Ukrayna münaqişəsinin nəticəsi 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən də asılı olacaq.
Editor.az xəbər verir ki, bu barədə CNN yazır. Telekanalın məlumatına görə, ABŞ, Moskva və Avropa paytaxtlarında siyasi qüvvələrin dəyişməsi də daxil olmaqla, hərbi əməliyyatların nəticəsini xarici amillər müəyyən edəcək.
Bundan əvvəl bildirilmişdi ki, bu yaxınlarda ABŞ-ın Ukraynaya tədarük etdiyi kassetli sursatlar ölkə Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına təkan verib. Bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti məlumat yayıb. Məqalədə Ukrayna Silahlı Qüvvələrinin irəliləməkdə çətinlik çəkdiyi ərazilərdə Ukrayna əsgərlərinin Rusiya səngərlərini, artilleriya sistemlərini və texnikasını kaset bombaları ilə bombaladığı bildirilir. Qəzet qeyd edir ki, bu tip döyüş sursatları adi top güllələrindən daha geniş ərazini vurmağa imkan verir.
//Gülnarə Abasova, Editor.az