Co Bayden administrasiyası Pentaqon üçün tarixin ən böyük büdcəsini müəyyən edibbackend

Co Bayden administrasiyası Pentaqon üçün tarixin ən böyük büdcəsini müəyyən edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Baydenin administrasiyası Konqresdən Pentaqon üçün tarixin ən böyük büdcəsini təsdiq etməyi xahiş etməyə hazırlaşır.

Bu büdcə silah ehtiyatlarının artırılması və Rusiyanın təcavüzünə qarşı Ukraynaya dəstək üçün istifadə olunacaq.

Editor.az bildirir ki, bunu “Politico”ya müsahibəsində Pentaqonun maliyyə müfəttişi Maykl Makkord deyib. O, Bayden administrasiyasının martın 9-da açıqlanacaq Pentaqonun büdcə tavanın 2024-cü maliyyə ilinin ümumi büdcə tələbinə uyğunlaşdırmağa “çox yaxın” olduğunu söyləyib. “Mən bu rəqəmin Konqresin keçən il üçün nəzərdə tutulduğundan daha yüksək olacağını gözləyirəm” Makkord deyib.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin müfəttişi büdcə təfərrüatlarını açıqlamaqdan imtina edib. Lakin Pentaqonun ABŞ-ın ehtiyatlarını artırmaq və hər iki tərəfin gündə minlərlə mərmi xərclədiyi Ukraynada orduya dəstək vermək üçün sursatlara böyük sərmayə qoyacağını söyləyib.

  //Samir Qurbanov, Editor.az