Co Bayden administrasiyası zənginləşdirilmiş rus uranının idxalını qadağan etmək istəyirbackend

Co Bayden administrasiyası zənginləşdirilmiş rus uranının idxalını qadağan etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Baydenin administrasiyası zənginləşdirilmiş rus uranının idxalını qadağan etməyi düşünür. Rusiya ABŞ reaktorları üçün uran yanacağının təxminən 25%-ni təmin edir.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” yazıb. Ağ Evin Milli Təhlükəsizlik Şurası, Energetika Departamenti və ABŞ-ın digər administrasiya qurumlarının rəsmiləri qadağa da daxil olmaqla, Rusiya uranının idxalına məhdudiyyətlər qoyulması ilə bağlı danışıqlar aparır.

Lakin hələlik bu məsələ ilə bağlı heç bir qərar verilməyib. Administrasiya və nüvə sənayesi hələ də Konqresə bu məsələni həll etməyi üstün tutur, çünki qanunu ləğv etmək icra hakimiyyətindən istifadə edərək atılan hərəkətləri ləğv etməkdən daha çətindir.

“Biz Konqresi sənayeyə, müttəfiqlərə və tərəfdaşlara ABŞ-ın qarşıdakı on il ərzində düşmən təsirindən asılı olmayaraq təhlükəsiz nüvə yanacağı tədarükü zəncirinin yaradılmasına dair aydın öhdəlik götürdüyünə əminlik verəcək bu addımı atmağa çağırmağa davam edirik”-Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir.

//Samir Qurbanov, Editor.az