Co Bayden Binyamin Netanyahunu hədələdibackend

Co Bayden Binyamin Netanyahunu hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefonda danışıb.

O, bildirib ki, ABŞ-ın Qəzzada müharibəyə gələcək dəstəyi İsraildən mülki insanları və yardım işçilərini qorumaq üçün yeni addımlar atmasını tələb edəcək: “Prezidentin bu günki çağırışda dediyi kimi, ABŞ-ın Qəzza zolağına dair siyasəti İsrailin bu və digər addımlarla bağlı dərhal hərəkətlərinə, o cümlədən günahsız mülki şəxslərin və yardım işçilərinin təhlükəsizliyinin qorunmasına yönəlik addımlarını qiymətləndirməmizlə müəyyən ediləcək”.

Editor.az bildirir ki, bu barədə Ağ Ev öz saytında yazıb. Co Bayden və Benyamin Netanyahu arasında 30 dəqiqəlik söhbət İsrailin hava hücumları nəticəsində 7 yardım işçisinin ölümündən bir neçə gün sonraya təsadüf edib. ABŞ lideri ilk dəfə olaraq hədələyib ki, əgər İsrail taktikasını dəyişməsə və Qəzzaya humanitar yardımların çatdırılmasını genişləndirməsə, HƏMAS-a qarşı müharibəyə verdiyi dəstəyi yenidən nəzərdən keçirəcək.

Ağ Ev ABŞ siyasətində konkret olaraq nəyin dəyişə biləcəyini açıqlamayıb. AP qeyd edir ki, bu, İsrailə silah tədarükünün azaldılması və ya dünya səhnəsində diplomatik dəstəyin dayandırılması anlamına gələ bilər. İsrailin baş nazirinin ofisi aprelin 5-də səhər tezdən elan edib ki, təhlükəsizlik kabineti Qəzzaya humanitar yardım axınını artırmaq üçün bir sıra “təcili addımlar”ı, o cümlədən HƏMAS-ın oktyabrda hücumu zamanı dağıdılan Erez keçidinin yenidən açılmasını təsdiqləyib.

Co Bayden isə “dərhal atəşkəs”in əldə edilməsinin və hələ də Qəzza zolağında saxlanılan 100-ə yaxın girovun dəyişdirilməsinin “vacib” olduğunu bildirib və İsraili “gecikmədən” belə bir razılaşma əldə etməyə çağırıb.

//Samir Qurbanov, Editor.az