Co Bayden Binyamin Netanyahuya çağırış etdibackend

Co Bayden Binyamin Netanyahuya çağırış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqlar aparıb. Onlar Qəzza zolağında atəşkəs razılaşmasını və anklavlara humanitar yardımın çatdırılmasını müzakirə ediblər.

Ağ Evin mətbuat xidmətinin məlumatına görə, İsrailin baş naziri Co Bayden ilə görüşdə girovların tezliklə azad edilməsi üçün “qalan boşluqları aradan qaldırmaq” və Fələstinin HƏMAS hərəkatı ilə razılaşmanın zəruriliyini bildirib. Prezident həmçinin ABŞ-ın İran, “Hizbullah” və Husilərdən gələn bütün təhdidlərdən İsrailin təhlükəsizliyinə sadiqliyini təsdiqləyib.

Qeyd edək ki, İsrail və HƏMAS arasında danışıqlar bir neçə aydır ki, davam edir. ABŞ prezidentinin təklif etdiyi üç mərhələli atəşkəs sazişi layihəsində 116 israilli girovun azad edilməsi üçün tərəflərin Qəzzadan İsrail qoşunlarının tamamilə çıxarılması ilə hərbi əməliyyatların yekun dayandırılması barədə razılığa gələcəyi nəzərdə tutulurdu.

Lakin İsrail döyüşlərin qeyri-müəyyən müddətə dayandırılmasına, eləcə də anklavda nəzarətin yaraqlıların əlinə keçməsinə razı olmayıb. “Reuters”in məlumatına görə, atəşkəs danışıqları İsrailin irəli sürdüyü yeni şərtlərlə çətinləşib. Xüsusilə, İsrail tərəfi bəyan edib ki, mülki şəxslər Qəzza zolağının cənubundan şimala keçərkən müayinədən keçməlidirlər. HƏMAS bu tələbi yerinə yetirməkdən imtina edib.

//Samir Qurbanov, Editor.az