Co Bayden Çin lideri Si Cinpini Volodimir Zelenski ilə görüşdürməyə çalışırbackend

Co Bayden Çin lideri Si Cinpini Volodimir Zelenski ilə görüşdürməyə çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Co Bayden administrasiyası Çin prezidenti Si Cinpini Ukrayna prezidenti Volodimir Zelenski ilə birbaşa əlaqə qurmağa çağırıb.

Editor.az bildirir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məlumat verib: “Biz prezident Si-ni prezident Zelenski ilə əlaqə saxlamağa çağırırıq, çünki hesab edirik ki, Çin Xalq Respublikası və Prezident Si şəxsən, təkcə Rusiyanın deyil, Ukraynanın da mövqeyi görməlidir”, – deyə Sullivan bildirib.

Onun sözlərinə görə, bu cür təmas “yaxşı inkişaf olacaq” və Çinin Rusiya-Ukrayna münaqişəsinə baxışını tarazlaşdıra bilər. Bir gün əvvəl “Wall Street Journal”- martın 13-də yazıb ki, Si Cinpin gələn həftə Moskvaya səfər etmək və Vladimir Putinlə görüşmək niyyətindədir.

Bundan sonra o, Volodimir Zelenski ilə videobağlantı vasitəsilə danışıqlar apara bilər. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Si Cinpin Rusiyaya səfərlə yanaşı, bir sıra Avropa ölkələrinə də səfər etmək niyyətindədir, baxmayaraq ki, “səfərin tam marşrutu hələ təsdiqlənməyib”.

 //Samir Qurbanov,Editor.az