ABŞ-da Nümayəndələr Palatasının Nəzarət Komitəsi prezident Co Baydenə verilmiş çekin surətini yayımlayıb.
Editor.az bildirir ki, bu barədə komitənin sədri respublikaçı Ceyms Komer X sosial şəbəkəsində bildirib. Komerin sözlərinə görə, çek Çindən gələn qeyri-qanuni yuyulmuş pulları əks etdirir. Söhbət 40 min dollardan gedir. Bundan əlavə, Komer komitənin ixtiyarında olan çekin özünün bir nüsxəsini dərc edib.
O, 2017-ci ildə ABŞ prezidentinin qardaşı Ceymsin həyat yoldaşı Sara Baydenin adından Baydenin adına verilib. Ağ Ev hələlik çekin həqiqiliyini təsdiqləməyib. Bu arada ABŞ prezidenti Co Bayden Ukraynanın adını çəkmədən İsrailə yardım haqqında qanun layihəsinə veto qoymaq niyyətində olduğunu açıqlayıb. Bu barədə Ağ Evin Büdcə İdarəsi məlumat yayıb.
//Samir Qurbanov, Editor.az

