ABŞ prezidenti Co Bayden hesab edir ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan sələfi Donald Trampın siyasi təcrid edilməsi lazımdır.
O, bunu Nyu-Hempşirdə Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin təşviqat ofisində çıxışı zamanı deyib. “Biz onu siyasi cəhətdən bağlamalıyıq” – Bayden deyib.
ABŞ prezidenti süçiciləri Trampın seçkidə qalib gəldiyi təqdirdə nə baş verəcəyi barədə düşünməyə çağırıb.
//Samir Qurbanov, Editor.az

