Co Bayden Donald Trampa zəng edibbackend

Co Bayden Donald Trampa zəng edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden prezidentliyə namizəd Donald Trampla sui-qəsd cəhdini müzakirə edib. Bayden Trump-ın təhlükəsiz olduğuna dair rahatlıq ifadə edib.

Ağ Evin mətbuat katibinin baş müavini Emili Simonsun sosial mediada yazdığına görə, onların arasında səmimi söhbət olub və keçmiş prezident Tramp zəngə görə minnətdarlığını bildirib. Tramp da CNN-ə deyib ki, aralarında “çox xoş söhbət” olub.

Onlar təhlükəsizlik tədbirləri və məxfi xidmətdən müdafiəni müzakirə ediblər. Bayden daha əvvəl jurnalistlərə bildirib ki, Trampa zəng edib, lakin on zəng çatmayıb.
Xatırladaq ki, Donald Trampa sentyabrın 15-də Florida ştatında qolf klubunda olarkən ona sui-qəsd cəhdi baş verib.

//Samir Qurbanov, Editor.az