Co Bayden Donald Trampı “cinayətkar məhbus” adlandırıbbackend

Co Bayden Donald Trampı “cinayətkar məhbus” adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden mayın 3-də ilk dəfə Ağ Evin keçmiş rəhbəri Donald Trampı noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Amerika üçün böyük təhlükə yaradan “cinayətkar məhbus” adlandırıb.

Baydenin sözlərinə görə, “Amerika tarixində ilk dəfə olaraq cinayət törətməkdə təqsirli bilinən keçmiş prezident, yenidən prezidentliyə namizədliyini irəli sürür”. O, əlavə edib ki, “Donald Trampın Amerika ədliyyə sisteminə total hücumu daha dağıdıcıdır”. Baydenin qeyd etdiyi kimi, ədliyyə sisteminin saxtalaşdırıldığını söyləmək “ehtiyatsız və təhlükəlidir”, çünki Tramp və onun müttəfiqləri onun işinin nəticəsini bəyənmirlər.

“Reuters” Baydenin seçki qərargahının nümayəndələrinə istinadən yazıb ki, Amerika prezidenti son vaxtlar Trampın prosesi siyasiləşdirdiyi təəssüratı yaratmamaq üçün onun mühakimə olunduğu mövzudan yayınmağa çalışıb.

//Samir Qurbanov, Editor.az