Oktyabrın 10-da ABŞ prezidenti Co Bayden ABŞ sahillərini vuran “Milton” qasırğasının ilk nəticələri ilə bağlı açıqlamasında prezidentliyə namizəd Donald Trampı dezinformasiya yaymağı dayandırmağa çağırıb.
Ağ Ev onun çıxışının və jurnalistlərlə söhbətinin stenoqramını dərc edib.
Bayden, əvvəlcə Trampı xatırlatmadan qeyd etdi ki, “ağılsız, məsuliyyətsiz və amansız dezinformasiya və açıq yalanlar” nəticəsində həyatlarını təhlükəyə atmış amerikalılara qarşı təhdidlər edilməyə başlanıb. Belə yalanları söyləyənlər artıq başlamış xilasetmə və bərpa işlərinə inamı sarsıdır. Bu yalanlar köməyə ən çox ehtiyacı olanlara da ziyan vurur. Həyatlar təhlükə altındadır. İnsanlar çıxılmaz vəziyyətdədir. Həqiqətləri deməyə ləyaqətiniz olsun” – Bayden bildirib. O əlavə edib ki, “yanlış məlumatlara və yalanlara baxmayaraq”, həqiqət budur ki, “Helen” və “Milton” qasırğalarının bütün qurbanlarına xilasetmə və sağalma üçün ABŞ səlahiyyətliləri tərəfindən lazım olan yardım göstərilir.
Jurnalistlər daha sonra Baydenin dezinformasiyaya görə Trampla danışıb-danışmadığını soruşublar. “Zarafat edirsiniz?” deyə cavab verib: “Cənab prezident Tramp, keçmiş prezident Tramp, özünüzə daha maraqlı bir fəaliyyət tapın”, – Bayden bildirib.
//Samir Qurbanov, Editor.az

