Co Bayden Donald Trampın kepkasını geyinərək ona dəstək nümayiş etdiribbackend

Co Bayden Donald Trampın kepkasını geyinərək ona dəstək nümayiş etdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Pensilvaniya ştatının Şansvil şəhərində 2001-ci il 11 sentyabr terror aktları qurbanlarının xatirəsinə həsr olunmuş tədbir zamanı keçmiş prezident Donald Trampın seçki kampaniyasına dəstək olaraq kepka taxıb. Amerika prezidentinin bu şəkli Trampın seçki qərargahı tərəfindən X sosial şəbəkəsində yerləşdirilib.

Ağ Evin mətbuat katibinin müavini Enbryu Beyts bildirib ki, ABŞ prezidenti terrorçular tərəfindən qaçırılan təyyarələrdən birinin qəzaya uğradığı yanğınsöndürmə stansiyasında danışıb. Orada Co Bayden vətəndaşların partiya seçimlərindən asılı olmayaraq, terror hücumundan sonra olduğu kimi “ölkənin birliyini” bərpa etmək zərurətini bəyan eib. “Bir jest olaraq, o, şapkanı Tramp tərəfdarlarından birinə verib, o da eyni şəkildə Baydenin Trampın papağını geyinməli olduğunu söyləyib. Bayden də bunu edib”, – Beyts izah edib. Donald Trampın komandasının nümayəndələri “Dəstək üçün təşəkkürlər, Co!” yazaraq jestinə görə Baydenə təşəkkür ediblər.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. ABŞ-ın keçmiş prezidenti Donald Tramp və hazırkı prezidentin yerinə təsdiq edilən vitse-prezident Kamala Harris Respublikaçılar və Demokratlar partiyalarından namizədlər kimi irəli sürülüb. Bundan əvvəl ABC telekanalında namizədlər arasında debatların birinci mərhələsi baş tutub.

//Samir Qurbanov, Editor.az