Co Bayden dünyanı müharibəyə sürükləyirbackend

Co Bayden dünyanı müharibəyə sürükləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Co Bayden administrasiyasının Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı hərəkətləri yeni dünya müharibəsinə səbəb ola bilər.
Editor.az xəbər verir ki, bunu Amerikanın Newsmax telekanalına müsahibəsində ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib. “Ölkəmizin böyük problemləri var. Rusiya ilə Ukraynada baş verənlərə görə ciddi təhlükə altındayıq. Onların davranış tərzi dünya müharibəsi ilə nəticələnə bilər.
Onların etdikləri çılğınlıqdır”, – Ağ Evin siyasətini şərh edib. Bundan əlavə, Tramp Baydenin iqtisadi siyasətini və qalıq yanacaqlardan mərhələli şəkildə imtina planlarını tənqid edib və bu, onun fikrincə, ABŞ-da benzinin qiymətinin artmasına və inflyasiyanın artmasına səbəb olub. “Hər şeyin bu qədər tez pisləşəcəyini heç kim təsəvvür edə bilməzdi” – o, deyib.
 
Editor.az