ABŞ Ukrayna prezidenti Volodimir Zelenskini Hindistanda keçiriləcək “G20”də görmək istəyir. Onun sözlərinə görə, Zelenskinin səfəri Rusiya ilə münaqişənin sülh yolu ilə həlli üzrə dialoqu davam etdirmək üçün lazımdır.
Editor.az bildirir ki, bunu ABŞ prezidentinin müşaviri Ceyk Sallivan deyib. “Bizim fikrimizcə, Zelenskinin bu sammit iştirakı yaxşı bir şey olardı”, – Ceyk Sallivan qeyd edibb.
O, həmçinin bildirib ki, Volodimir Zelenski “istirahət etmədən” müxtəlif ölkələrin liderlərini Rusiya ilə “davamlı sülh” prinsipləri ilə bağlı danışıqlara cəlb etməkdə davam edir. Sallivanın sözlərinə görə, onun bu məsələdə səyləri ABŞ-da müsbət qiymətləndirilir.
//Samir Qurbanov, Editor.az

