Co Bayden iki həftə ərzində iki dəfə Vladimir Zelenski ilə görüşəcəkbackend

Co Bayden iki həftə ərzində iki dəfə Vladimir Zelenski ilə görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Ukrayna lideri Vladimir Zelenski ilə iki həftə ərzində iki dəfə görüşəcək.

Editor.az bildirir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib. Onun sözlərinə görə, iki lider bu həftə Fransada, gələn həftə isə İtaliyada görüşəcəklər: “Normandiyada Bayden prezident Zelenski ilə görüşmək və onunla Ukraynadakı vəziyyəti və Ukraynaya dəstəyimizi necə dərinləşdirə biləcəyimizi müzakirə etmək imkanı əldə edəcək.

Bir neçə gündən sonra onun prezident Zelenski ilə bir daha görüşmək imkanı olacaq. Bu dəfə İtaliyada G7 sammitində” – Sallivan bildirib.

//Samir Qurbanov, Editor.az