Co Bayden İsrailə yardımın məhdudlaşdırılması variantlarını nəzərdən keçirə bilər, əgər…backend

Co Bayden İsrailə yardımın məhdudlaşdırılması variantlarını nəzərdən keçirə bilər, əgər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Rəfahda hərbi əməliyyat olacağı təqdirdə İsrailə yardımın məhdudlaşdırılması variantlarını nəzərdən keçirəcək.

Editor.az bildirir ki, dörd Amerika rəsmisi bu barədə “Politico”ya məlumat verib. “O, mütləq bu barədə düşünüb” – mənbə qeyd edib.

Qəzetin yazdığına görə, Co Baydenin belə bir addım atmağa hazır olması Qəzza zolağında müharibənin aparılmasına təsir göstərmək üçün ABŞ-ın diplomatik cəhdlərini rədd edən İsrailin baş naziri Benyamin Netanyahu ilə münasibətlərdə həddindən artıq gərginlik deməkdir.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Vatson, anonim iddialarla bağlı nəşrə şərh verməkdən imtina edib. Bununla belə, Baydenin yardımı İsrailin gələcək hərəkətləri ilə əlaqələndirmək istəyi ilə bağlı suala Ağ Evin mətbuat katibinin müavini Olivia Dalton deyib ki, “o, bizim qəbul etdiyimiz və qəbul etməkdə olduğumuz başqa, daha təsirli yanaşmaların olduğuna inanır”.

//Samir Qurbanov, Editor.az