Co Bayden İsrailin maliyyələşdirilməsi haqqında qanun layihəsini təsdiq etməyəcək, əgər…backend

Co Bayden İsrailin maliyyələşdirilməsi haqqında qanun layihəsini təsdiq etməyəcək, əgər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əgər sənəddə Ukraynaya yardım da nəzərdə tutulmasa, ABŞ prezidenti Co Bayden İsrailin maliyyələşdirilməsi haqqında qanun layihəsini təsdiq etməyəcək.

Editor.az bildirir ki, bu barədə Ağ Evin İdarəetmə və Büdcə İdarəsi məlumat yayıb. Departamentin bildirdiyinə görə, Bayden bu formada qalsa qanun layihəsinə veto qoyacaq. “Administrasiya Konqresin hər iki palatasını bu siyasi hiylədən imtina etməyə və bunun əvəzinə tez bir zamanda ikipartiyalı Milli Təhlükəsizliyə Əlavə Ayrılmalar Aktını Prezidentin masasına göndərməyə çağırıb”, – İdərə bildirib.

Xatırladaq ki, fevralın 4-də demokratların nəzarətində olan ABŞ Senatı sərhədin qorunması üçün 20,23 milyard dollar, Ukraynaya yardım üçün 60,06 milyard, İsrailə isə 14,1 milyard dollar ayıracaq qanun layihəsini təqdim edib. Respublikaçı azlığın lideri Mitch McConnell əmindir ki, daha yaxşı razılaşma əldə olunmayacaq. Co Bayden də qanun layihəsini dəstəkləyib.

//Samir Qurbanov, Editor.az