Co Bayden Konqresi dərhal Türkiyəyə F-16 qırıcılarının satışını təsdiqləməyə çağırdıbackend

Co Bayden Konqresi dərhal Türkiyəyə F-16 qırıcılarının satışını təsdiqləməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Co Baydenin administrasiyası ABŞ Konqresinə məktub göndərərək onu Türkiyəyə F-16 qırıcılarının satışını “dərhal” təsdiqləməyə çağırıb.

Editor.az bildirir ki, bu barədə “Reuters” ABŞ rəsmilərinə istinadən xəbər verir. Onların sözlərinə görə, Bayden Türkiyə İsveçin NATO-ya üzvlük ərizəsini ratifikasiya edən kimi qırıcı təyyarələrin satışı prosesinə başlamaq niyyətindədir. Agentliyin məlumatına görə, məktubda Co Bayden administrasiyası F-16 döyüş təyyarələrinin (sayı göstərilməyib) və onlar üçün modernizasiya dəstlərinin 20 milyard dollara satışının təsdiqlənməsini tələb edir.

Bu arada ABŞ Dövlət Departamenti Türkiyəni İsveçin ərizəsini mümkün qədər tez ratifikasiya etməyə çağırıb. Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Vedant Patel yanvarın 24-də keçirdiyi brifinqdə F-16-ların Türkiyəyə mümkün tədarükü ilə bağlı təfərrüatları açıqlamaqdan imtina edib. “Konqres silah satışlarının nəzərdən keçirilməsində əsas rol oynayır, lakin mən təklif olunan silah satışı və ya təhvilləri Konqresə rəsmi məlumat verilməyənə qədər onları təsdiq etməyəcəyəm və ya irəli getməyəcəyəm”, o, deyib.

Türkiyə parlamenti yanvarın 23-də İsveçin NATO-ya üzvlüyünün ratifikasiyasını səs çoxluğu ilə təsdiqləyib.

//Samir Qurbanov, Editor.az