ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini yenidən “müharibə canisi” adlandırıb. Bu barədə Editor.az “Kommersant”a istinadən xəbər verir. Joe Biden jurnalistlərə “Buchada baş verənləri gördünüz” dedikdən sonra əlavə edib ki, “o (Putin) müharibə canisidir”.
Xatırladaq ki, ABŞ prezidenti ilk dəfə martın 16-da Putini “müharibə canisi” adlandırmışdı. Bu gün jurnalistlər Buçadakı “hadisələrin” soyqırım olub-olmadığını soruşduqda, Bayden ,“Xeyr. Hesab edirəm ki, bu, müharibə cinayətidir”, – şəklində cavab verib. Eyni zmanda o, Bucha görüntülərinin Vladimir Putini “müharibə cinayətkarı” adlandırmağa əsas verdiyini söyləyib: “….Məlumat toplamaq məcburiyyətindəyik. Biz Ukraynanı müharibəni davam etdirə bilməsi üçün lazım olan silahlarla təmin etməliyik və bütün təfərrüatları əldə etməliyik ki, müharibə cinayətləri üzrə məhkəmənin keçirilməsi aktual olsun”.
“Soyqırım” ifadəsini CBS telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski işlədib. Bu arada ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi deyib ki, rus hərbçilərinin Ukraynanın Buça şəhərində törətdikləri vəhşiliklər barədə məlumatların müstəqil mənbə tərəfindən təsdiqi yoxdur. Lakin onları təkzib etmək üçün də heç bir səbəbi yoxdur.

