Ukraynanı müzakirə etmək üçün
ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya müdaxiləsinə beynəlxalq reaksiyanı müzakirə etmək üçün cümə günü Polşaya səfər edəcək.
Editor.az “Reuters”ə istinadən xəbər verir ki, bunu bazar günü Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
Onun sözlərinə görə, Baydenin Polşaya səfəri Brüsseldə NATO müttəfiqləri, G7 və Avropa İttifaqı liderləri ilə Ukraynaya dəstək üçün beynəlxalq səyləri müzakirəsindən bir gün sonraya təsadüf edir.
Bundan əlavə, Bayden bazar ertəsi Fransa prezidenti Emmanuel Macron, Almaniya kansleri Olaf Scholz, İtaliyanın baş naziri Mario Draghi və Britaniyanın baş naziri Boris Johnson ilə telefon danışığı aparacaq və onların əlaqələndirilmiş cavablarını müzakirə edəcək.
Editor.az

