ABŞ prezidenti Co Bayden Delaverdəki evinin yaxınlığında velosipeddən yıxılıb.
Lakin o, “yaxşı” olduğunu bildirib və yıxılmağının səbəbini ayağını pedalın kilidindən çıxara bilməməsi ilə əlaqələndirib. Bu barədə Ağ evə istinadən Amerika mənbələri məlumat verib. Baydenin sözçüsü əmin edib ki, dövlət başçısının tibbi yardıma ehtiyacı yoxdur və prezident günün qalan hissəsini ailəsi ilə keçirmək niyyətindədir. Məlumatlara görə, yıxıldıqdan sonra Bayden kilsəni ziyarət edib. Binadan çıxarkən jurnalistlər ondan özünü necə hiss etdiyini soruşub. Buna cavab olaraq dövlət başçısı üç dəfə yerində tullanıb və yumruqlarını yuxarı qaldırıb. Qeyd edək ki, Co Bayden ABŞ-ın ən yaşlı prezidentidir və 79 yaşı var.
Editor.az

