Co Bayden Rusiya hərbi-sənaye kompleksi ilə bağlı olan bankları çökdürəcək fərman imzalayıbbackend

Co Bayden Rusiya hərbi-sənaye kompleksi ilə bağlı olan bankları çökdürəcək fərman imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 22-də Ağ Ev ABŞ prezidenti Co Baydenin Rusiya hərbi-sənaye kompleksi ilə bağlı ödənişlərə xidmət göstərən banklara məhdudiyyətlər tətbiq etmək imkanını nəzərdə tutan fərmanını dərc edib

Editor.az bildirir ki, bu barədə ABŞ prezident administrasiyası məlumat verib. Belə maliyyə qurumlarının ABŞ maliyyə sisteminə girişi qadağan ediləcək.

Amerika hakimiyyəti ABŞ-da hesabların açılmasını qadağan etməklə yanaşı, onların əmlakını da bloklaya biləcək.

Daha sərt sanksiyalar bankların məhdudiyyətlərdən yan keçmək üçün ABŞ maliyyə sistemindən istifadə etməməsini təmin edəcək.

“Sky News” maliyyə nazirinin müavini Uolli Adeyemoya istinadən xəbər verir ki, bu, bankların sanksiyalardan yayınmaq üçün istifadə edilməməsinə əmin olmaq üçün onlara yeni təzyiq yaradacaq. Amerika rəsmisi qeyd edib ki, əksər iri maliyyə qurumları Rusiya hərbi sənaye kompleksini məhdudlaşdırmaq məqsədi daşıyan ABŞ sanksiyalarına əməl edirlər.

Onun sözlərinə görə, yeni fərman ABŞ Xəzinədarlığına Rusiyaya sanksiyalardan yayınmağa kömək edə biləcək Çin, Türkiyə, BƏƏ və digər ölkələrdəki bankları hədəf almağa imkan verir.

“Bu alət deyir ki, əgər siz maliyyə qurumusunuzsa, sanksiyalardan qaçmaq üçün Rusiya qabıq şirkətləri tərəfindən istifadə olunmamağınız naminə addımlar atmalısınız”, – Adeyemo əlavə edib.

//Samir Qurbanov, Editor.az