Co Bayden səlahiyyət müddəti başa çatmamış Rusiya ilə bağlı sərt addımlar ata bilərbackend

Co Bayden səlahiyyət müddəti başa çatmamış Rusiya ilə bağlı sərt addımlar ata bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden səlahiyyət müddəti başa çatmamış Rusiya ilə bağlı sərt addımlar ata bilər.

Editor.az bildirir ki, bu fikri Rusiya Təhlükəsizlik Şurası yanında elmi şuranın üzvü Aleksandr Yakovenko bölüşür. 2011-2019-cu illərdə Rusiyanın Böyük Britaniyadakı səfiri olmuş diplomat xatırladıb ki, 2016-cı ildə o vaxtkı Amerika prezidenti Barak Obama “axsaq ördək” mövqeyində olmaqla 35 rusiyalı diplomatın ölkədən çıxarılmasına qərar verib.

“Eyni şeyi indi də gözləmək olar, xüsusən də Ukraynada. Əgər onlar başa düşmürlərsə ki, onlar üçün vəziyyət kökündən dəyişib, özü də təkcə təmas xəttində deyil,” -Yakovenko bildirib. Onun fikrincə, ABŞ-da keçirilən prezident seçkilərindən sonra şərti olaraq dövlət başçısı olacaq respublikaçı Donald Tramp inauqurasiyadan əvvəl xarici siyasət məsələlərini həll etməyə başlaya bilər.

Eyni zamanda, Aleksandr Yakovenko vurğulayıb ki, Rusiya tərəfinə vədlər yox, Qərbdən hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətləri lazımdır. “Bizə Ukraynada atəşkəs yox, beynəlxalq səviyyədə tanınmış sərhədləri olan tam hüquqlu sülh və Kiyevin demilitarizasiya, denazifikasiya və federallaşma yolları ilə hərtərəfli reabilitasiyası lazımdır”, – deyə ekspert bildirib.

//Samir Qurbanov, Editor.az