Co Bayden Si Tsinpinlə danışacaqbackend

Co Bayden Si Tsinpinlə danışacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Çinin Rusiyaya yardımından narahatdır

Cümə günü, martın 18-də prezident Co Bayden Çin Prezidenti Si Tsinpinlə telefonla danışacaq.
Bu barədə Editor.az-a “Qolos Amerika”dan məlumat daxil olub.
Ağ Evin mətbuat katibi Cen Psakinin verdiyi həmin məlumata görə, telefon danışığı Birləşmiş Ştatlar və Çin arasındakı münasibətlərin açıq saxlanması üçün davam edən səylərimizin bir hissəsidir.

“İki lider ölkələrimiz arasında rəqabəti necə idarə etməyi, Rusiyanın Ukraynaya qarşı təcavüzünü və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edəcək”.
Bundan əvvəl dövlət katibi Entoni Blinken Çinin Ukrayna məsələsində tutduğu mövqeyi tənqid etmişdi:
“Çinin Rusiyanın hərəkətlərini qınamaması faktı tək Rusiya, Ukrayna və ya Avropa üçün deyil, bütün dünya üçün çox şeydən xəbər verir”, – Blinken bildirmişdi.

İkincisi, biz Çinin Rusiyaya maddi yardım göstərməsi və ya tətbiq etdiyimiz sanksiyaları zəiflətməsi ehtimalından da narahatıq. Milli Təhlükəsizlik müşaviri Jake Sullivan çinli həmkarı ilə görüşündə açıq bildirdik”.
Görüş zamanı ABŞ Çin hakimiyyətinə xəbərdarlıq edib ki, Pekin Qərbin iqtisadi sanksiyaları qarşısında Moskvaya dəstək vermək qərarına gəlsə, bunun nəticələri ilə üzləşəcək. “Biz heç bir ölkənin Rusiyaya itkilərini kompensasiya etməyə imkan verməyəcəyik”, – Dövlət Departamenti bildirib.

  Editor.az