Koreya yarımadasının nüvəsizləşdirilməsini müzakirə etmək üçün ABŞ prezidenti Co Bayden ilkin şərt olmadan Şimali Koreya lideri Kim Çen Inla görüşməyə hazırdır.
Editor.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik üzrə nümayəndəsi Con Kirbi deyib. Kirbi bildirib ki, Şimali Koreya hakimiyyəti hələ də dövlət başçılarının görüşü təklifi ilə razılaşmayıb, lakin “təklif hələ də masanın üstündədir.
“Biz ilkin şərt olmadan oturub danışıqlar aparmağa hazırıq”. Kirbi müvafiq bəyanatla ABŞ, Yaponiya və Cənubi Koreya liderlərinin üçtərəfli sammiti ərəfəsində çıxış edib.
Görüşün gündəliyinin əsas bəndi Şimali Koreyanın nüvə və raket potensialının sürətli inkişafı olacaq. Lakin o, görüş təklifinin dəqiq nə vaxt verildiyini açıqlamayıb.
//Samir Qurbanov, Editor.az