Co Bayden tapşırıq verdi: Ukraynaya silah tədarükünü artırınbackend

Co Bayden tapşırıq verdi: Ukraynaya silah tədarükünü artırın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Rusiyanın dekabrın 25-də Milad günü Ukraynaya kütləvi hava hücumunu həddən artıq “çirkin” adlandırıb.

“Milad bayramının ilk saatlarında Rusiya Ukrayna şəhərlərinə və kritik enerji infrastrukturuna raket və pilotsuz təyyarələr buraxıb” – Bayden deyib. O, Ukrayna xalqının “sülh və təhlükəsizlik şəraitində yaşamağa” layiq olduğunu vurğulayıb.

ABŞ və beynəlxalq ictimaiyyət Rusiyanın təcavüzü bitənə qədər Ukraynanı dəstəkləməyə davam etməlidir, – Bayden əlavə edib. “Son aylarda Birləşmiş Ştatlar Ukraynaya yüzlərlə hava hücumundan müdafiə raketi təqdim edib və mən Müdafiə Nazirliyinə Ukraynaya silah tədarükünü davam etdirməyi tapşırmışam. Birləşmiş Ştatlar daim onu gücləndirmək üçün çalışacaq ”, – Ağ ev rəhbəri bildirib.

//Samir Qurbanov, Editor.az