Co Bayden təcili konqres liderləri ilə görüşəcəkbackend

Co Bayden təcili konqres liderləri ilə görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Co Bayden Ukraynaya yardımı sürətləndirmək üçün çərşənbə axşamı Ağ Evdə Nümayəndələr Palatasının spikeri Mayk Conson da daxil olmaqla konqres liderləri ilə görüşəcək.

Editor.az “Bloomberg”ə istinadən bildirir ki, görüşün məqsədi “müttəfiqlərə, o cümlədən Ukraynaya təcili yardım üçün milyardlarla dolları “açmaq” və ABŞ hökumətinin işinin dayanmasının qarşısını almaqdır”. Ağ Ev bazar günü açıqladığı həftəlik cədvəlində bildirib ki, Bayden “milli təhlükəsizlik və hökumətin açıq saxlanması ilə bağlı ikitərəfli əlavə sənədin qəbul edilməsinin təcililiyini müzakirə edəcək”.

Consonun ofisi spikerin görüşdə iştirak etməyi planlaşdırdığını təsdiqləyib. O, həmçinin Senatda çoxluq lideri Çak Şumer, Senatda azlıqların lideri Mitch McConnell və Nümayəndələr Palatasında azlıqların lideri Hakeem Jeffries də iştirak edəcək. Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivanın daha əvvəl dediyi kimi, ABŞ prezident administrasiyası hesab edir ki, Conson onu səsverməyə çıxararsa, Senatda ikipartiyalı səsvermə ilə təsdiqlənən yardım Nümayəndələr Palatasında keçə bilər. Lakin bu məsələ Conson üçün çətin olacaq. O, Ukraynaya yardım istəsə, onun spiker kimi zəif mövqeyi təhlükə altına düşə bilər.

//Samir Qurbanov, Editor.az