Co Bayden Ukrayna məsələsində fəaliyyətsizliyinə görə, Konqresin rəhbərliyini yıxıb-sürüdübackend

Co Bayden Ukrayna məsələsində fəaliyyətsizliyinə görə, Konqresin rəhbərliyini yıxıb-sürüdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çərşənbə günü, yanvarın 17-də ABŞ prezidenti Co Bayden Ukrayna üzrə fəaliyyətsizliyin Amerika dövləti və dünya üçün strateji nəticələrini müzakirə etmək üçün Konqresin rəhbərliyi, o cümlədən Nümayəndələr Palatasının və Senatın Kəşfiyyat, Silahlı Xidmətlər və Təxsisatlar komitələrinin rəhbərləri və aparıcı üzvləri ilə görüşüb.

Editor.az bildirir ki, tədbir zamanı ölkə başçısı “aydın oldu ki, Konqresin fəaliyyətsizliyi ABŞ-ın, NATO-nun və azad dünyanın qalan hissəsinin milli təhlükəsizliyini təhlükə altına qoyur”, – deyib.

Prezident Konqresi Ukraynanı dəstəkləmək üçün tez bir zamanda əlavə maliyyə ayırmağa və ABŞ-ın qətiyyətinə dair güclü siqnal göndərməyə çağırıb”, – hesabatda bildirilir.

Bayden Konqresin Kiyevi Rusiyanın qəddar işğalından müdafiə etmək üçün lazımi resurslarla, xüsusilə artilleriya və hava hücumundan müdafiə vasitələri ilə təmin etməsinin vacibliyini vurğulayıb.

//Samir Qurbanov, Editor.az