Co Bayden Ukraynaya 400 milyon dollar hərbi yardım göstərilməsi barədə göstəriş verdibackend

Co Bayden Ukraynaya 400 milyon dollar hərbi yardım göstərilməsi barədə göstəriş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Ukraynaya 400 milyon dollar hərbi yardım göstərilməsi barədə göstəriş verib.

“Birləşmiş Ştatların Konstitusiyası və qanunları ilə prezident kimi mənə verilən səlahiyyətlərdən istifadə edərək, Dövlət Katibinə Ukraynaya yardım göstərmək üçün Müdafiə Nazirliyinin müdafiə malları və xidmətləri və hərbi təlimlər üçün 400 milyon dollara qədər vəsaitin ayrılmasına icazə verməyi və bu cür yardımı yönəltmək üçün lazımi qərarlar qəbul edilsin.

“Politico” qəzetinin məlumatına görə, yardımın yeni tranşına Amerika hərbi anbarlarından olan silahlar – “Patriot” sistemləri üçün raketlər, “Stinger” zenit raketləri, “Javelin” insan daşına bilən tank əleyhinə raket kompleksləri, “Bradley” piyada döyüş maşınları daxildir.

//Samir Qurbanov, Editor.az