Co Bayden Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyibbackend

Co Bayden Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib.

Bu barədə Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi dekabrın 12-də Ağ Evin mətbuat xidmətinin YouTube-da dərc etdiyi brifinqdə məlumat verib. Kirbinin sözlərinə görə, paketə əlavə hava hücumundan müdafiə vasitələri, artilleriya, pilotsuz uçuş aparatları və zirehli texnikalar daxildir.

O vurğulayıb ki, bu, artıq Vaşinqtonun Kiyevə verdiyi 72-ci hərbi yardım paketidir. “Prezident açıq şəkildə bildirdi ki, biz bu administrasiyanın sonuna qədər əlavə paketlər təqdim etməyə davam edəcəyik” – Kirbi deyib. Vaşinqton hələlik bu paketlə bağlı ətraflı məlumat verməyib.

//Samir Qurbanov, Editor.az