Co Bayden və Rəcəb Tayyib Ərdoğan iyulda görüşə bilərlərbackend

Co Bayden və Rəcəb Tayyib Ərdoğan iyulda görüşə bilərlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Türkiyə başçıları Co Bayden və Rəcəb Tayyib Ərdoğan iyulda NATO-nun Amerika paytaxtında keçiriləcək sammiti zamanı əvvəllər təxirə salınmış danışıqlara qayıda bilərlər.

Editor.az bildirir ki, bu barədə “Habertürk” telekanalı mənbələrə istinadən xəbər verir: “Ərdoğan NATO liderlərinin iyulun 9-11-də keçiriləcək sammitində iştirak üçün Vaşinqtona gedəcək. Ərdoğanın alyans liderlərinin diqqətini İsrailin Fələstin ərazilərində davam edən hücumlarına çəkəcəyi gözlənilir”, – “Habertürk” bildirir.

Ərdoğanın ABŞ-a səfəri mayın 9-na planlaşdırılmışdı, lakin iki liderin iş qrafiklərindəki uyğunsuzluqlar səbəbindən müəyyən müddətə təxirə salınıb, Türkiyə Xarici İşlər Nazirliyi bundan əvvəl məlumat verib. Televiziya kanalı əlavə edib ki, Vaşinqton görüşü Ərdoğan və Bayden üçün sammit çərçivəsində görüşməsi üçün ən əlverişli formatdır.

//Samir Qurbanov, Editor.az