ABŞ prezidenti Co Bayden və Çin lideri Si Cinpin noyabrın 22-də onlayn formatda keçirilən G20 sammitində iştirakdan imtina ediblər. Bu zaman Rusiya prezidenti Vladimir Putin isə G20-də çıxış edib.
Editor.az bildirir ki, ekspert Vladimir Fesenko “Kanal-24”-də məsələni müzakirə edərkən bildirib ki, belə vəziyyət ona görə yaranır ki, ABŞ və Çin liderlərinin mövqeləri situasiya baxımından üst-üstə düşür və bu, Rusiya diktatoru üçün güclü siqnaldır. Bayden Putinlə eyni informasiya platformasında olmaq istəmədiyini nümayiş etdirir.
Si Cinpinin bir az fərqli motivləri var, lakin onların birlikdə bu onlayn sammitdən yayınması əslində yaxşı xəbərdir. O qeyd edib ki, Pekin aparıcı rola iddialı olduğu BRİKS-ə arxalandığı üçün G20-dən uzaqlaşır. Eyni zamanda, Çin və Hindistan arasında müəyyən ziddiyyətlər var, çünki onlar regionda liderlik uğrunda bir-biri ilə rəqabət aparırlar.
Fesenko bildirib ki, Moskva “Qlobal Cənubun lideri” və Qərbə “öz maraqlarının müdafiəçisi” rolunu oynamağa çalışır, lakin bu, daha çox təbliğat mövqeyidir. Onun fikrincə, Rusiya həyasızcasına özünü “kollektiv” Cənubla birlikdə əsas imperialist dövlət olmasına baxmayaraq, imperialist Qərbə qarşı çıxdığını nümayiş etməyə çalışır. Rusiyanın “sülhməramlı rolu” da rüsvayçıdır. Rusiya guya hər kəsi “xilas etməyə” çalışır, amma əslində söhbət işğaldan və məhv etməkdən gedir.
//Samir Qurbanov, Editor.az

