Co Bayden Vladimir Putinə qarşı Avropanı birləşdirəcəyini vəd edirbackend

Co Bayden Vladimir Putinə qarşı Avropanı birləşdirəcəyini vəd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden CBS telekanalına müsahibəsində bildirib ki, o, Yaxın Şərqdəki vəziyyəti normallaşdırmaq və Rusiya prezidenti Vladimir Putini sıxışdırmaq üçün Avropanı birləşdirmək istəyir.

Editor.az bildirir ki, Bayden buna nail olmaq üçün ikinci müddətə namizədliyini irəli sürməyi planlaşdırır. “Təsəvvür edin ki, biz Yaxın Şərqdə uğur qazana və münasibətləri normallaşdıra bildik.

Əgər biz bütün Avropanı birləşdirsək və nəhayət Putini sıxışdırıb onun yaratdığı problemləri yarada bilməsəydik, nə baş verərdi. Bizim bu dünyanı daha yaxşı bir yerə çevirmək üçün böyük imkanımız var”, – Co Bayden yenidən prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırıb-planlaşdırmadığı sualına cavab verərkən deyib.

Xatırladaq ki, ABŞ-da 60-cı prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.

//Samir Qurbanov, Editor.az