Co Bayden Vladimir Putini “dəli oğlu, dəli” adlandırdıbackend

Co Bayden Vladimir Putini “dəli oğlu, dəli” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden San-Fransiskoda keçirilən ianə aksiyasında Rusiya prezidenti Vladimir Putini “dəli oğlu” adlandırıb.

Editor.az bildirir ki, məlumatı CNN yayıb. “Bizim bir dəlimiz var, bu adam Putin və başqaları. Və biz həmişə nüvə münaqişəsindən narahat olmalıyıq. Amma bəşəriyyət üçün ekzistensial təhlükə iqlimdir”, – Bayden deyib. O, keçmiş prezident Donald Trampın hüquqi problemlərini rusiyalı müxalifətçi və Kreml tənqidçisi Aleksey Navalnının ölümü ilə müqayisə edən şərhlərini də tənqid edib.

Prezident sələfinin fikirlərini parafraz edərək deyib ki, “əgər mən 10-15 il əvvəl burada dayanıb bütün bunları desəydim, hamınız düşünərdiniz ki, mən həbsdə olmalıyam”. “O, özünü Navalnı ilə müqayisə edir və deyir ki, ölkəmiz kommunistləşdiyinə görə o, Navalnını təqib etdiyi kimi təqiblərə məruz qalıb. Bu, da hardan çıxdı”, – Bayden vurğulayıb.

Qeyd edək ki, Bayden və digər Qərb liderlərindən fərqli olaraq, 2024-cü il prezident seçkilərində Respublikaçılar Partiyasından öndə gedən Tramp hələ də Navalnının ölümünə görə Rusiya və ya Putini qınamayıb.

//Samir Qurbanov, Editor.az