Co Bayden Vladimir Putinin “qırmızı xət”lrindən artıq qorxmurbackend

Co Bayden Vladimir Putinin “qırmızı xət”lrindən artıq qorxmur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden Ukraynaya uzaqmənzilli raketlərin göndərilməsi ilə bağlı mövqeyini dəyişib.

Editor.az bildirir ki, bu barədə NYT yazıb. Yazıda qeyd olunur ki, Amerika lideri 18 ay ərzində Rusiya prezidenti Vladimir Putinin “qırmızı xətlərini” keçməkdən ehtiyat edərək, uzaqmənzilli raketləri Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyə razı olmayıb. O, Rusiya Federasiyasının nüvə təhlükələrinə görə bu ssenarini ciddi şəkildə nəzərdən keçirib.

Lakin Ukrayna xüsusiyyətlərinə görə ATACMS-ə bənzəyən Britaniyanın “Storm Shadow” raketlərini aldıqdan sonra ABŞ prezident administrasiyası belə qənaətə gəlib ki, münaqişənin gərginləşməsi artıq ciddi problem deyil.

Nəşrin izahına görə, Bayden ATACMS-i Kiyevə təhvil verməyə razılaşıb və bu barədə Ukrayna prezidenti Volodimir Zelenskiyə sentyabr ayında Vaşinqtonda görüşərkən məlumat verib. Lakin liderlər rus qoşunlarını təəccübləndirmək üçün bu qərarı gizli saxlamağa razılaşdılar.

//Samir Qurbanov, Editor.az