Co Bayden Vladimir Zelenskidən üzr istədibackend

Co Bayden Vladimir Zelenskidən üzr istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Ukraynaya yeni yardım paketini açıqlayaraq, Konqresdə layihənin gecikməsinə görə Ukrayna prezidenti Vladimir Zelenskidən üzr istəyib.

Təxminən altı ay ərzində yardım barədə razılığa gəlmək mümkün olmayıb: “Mən sizi əmin edirəm ki, Birləşmiş Ştatlar sizi dəstəkləyəcək. Biz hələ də tam iş başındayıq”, – deyə Bayden Vladimir Zelenskiyə müraciət edib. Bundan sonra o, Ukraynaya yardım layihəsinin Konqresdə uzun gecikmə ilə qəbul edilməsindən təəssüfləndiyini bildirib.

Editor.az bildirir ki, Amerika prezidenti bu sözləri Parisdə deyib. AP qeyd edir ki, Amerika prezidenti ilk dəfə olaraq Konqresdə yardım layihəsinin hərəkəti ilə bağlı problemlərə görə Ukrayna hakimiyyətindən üzr istəyib.

//Samir Qurbanov, Editor.az