Co Bayden Yaponiya və Avstraliyaya səfər edəcəkbackend

Co Bayden Yaponiya və Avstraliyaya səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden mayın 19-21-də Yaponiyada keçiriləcək G7 sammitində və mayın 24-də Sidneydə keçiriləcək Dördtərəfli Təhlükəsizlik Dialoqu (Avstraliya, Hindistan, ABŞ, Yaponiya) liderlərinin görüşündə iştirak edəcək.

Ağ evdəki mənbələrə istinadən Editor.az xəbər verir ki, G-7 liderlərinin Xirosimada keçirilən görüşündə Bayden G-7-nin Ukraynaya sarsılmaz dəstəyini və “ərzaq və iqlimin böhranına” qarşı tədbirləri müzakirə etmək niyyətindədir.

Sidneydə Bayden Dördtərəfli Təhlükəsizlik Dialoqu liderlərinin üçüncü canlı sammitində iştirak edəcək və burada ölkələr arasında müxtəlif əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

  //Samir Qurbanov,Editor.az