Co Bayden Yaponiyaya getdibackend

Co Bayden Yaponiyaya getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 ABŞ prezidenti Co Baydenin təyyarəsi mayın 18-də G7 sammitində iştirak etmək üçün Yaponiyanın Yamaquçi prefekturasının İvakuni şəhərindəki Amerika aviabazasına enib.

Editor.az bildirir ki, bu barədə Amerika mediası xəbər yayıb. Xəbərdə qeyd olunur ki, sammitdən əvvəl Amerika lideri Yaponiyanın baş naziri Fumio Kişida ilə ikitərəfli danışıqlar aparacaq.

ABŞ prezidentinin müşaviri Ceyk Sallivan bildirib ki, görüşdə liderlər xüsusilə hərbi, iqtisadi və enerji sektorlarında əməkdaşlığı müzakirə edəcəklər. G7 sammiti mayın 19-21-dən Xirosimada keçiriləcək.