Co Bayden yeni müvəqqəti büdcəni təsdiqlədi: Ukraynaya yardım nəzərdə tutulmurbackend

Co Bayden yeni müvəqqəti büdcəni təsdiqlədi: Ukraynaya yardım nəzərdə tutulmur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 ABŞ prezidenti Co Bayden Konqresin Ukraynaya yardımı nəzərdə tutmayan müvəqqəti büdcəni qəbul etməsini şərh edib.

Editor.az bildirir ki, Amerika lideri ABŞ-da hökumətin bağlanmasının (şatdaun) elan olunmayacağını “yaxşı xəbər” adlandırıb və ümid etdiyini bildirib ki, respublikaçılar Ukraynaya yardım göstərmək imkanını təmin edəcəklər. “Baxmayaraq ki, Nümayəndələr Palatasının sədri, respublikaçı Kevin Makkarti və Konqres üzvlərinin böyük əksəriyyəti Ukraynanı dəstəkləməkdə tərəddüdsüz olsalar da, sazişdə bu dəstəyi davam etdirmək üçün yeni maliyyə vəsaiti yoxdur.

Biz heç bir halda Amerikanın Ukraynaya dəstəyinin kəsilməsinə icazə verə bilmərik”, – cənab Bayden Ağ Evin saytındakı bəyanatda bildirib. Amerika lideri Nümayəndələr Palatasının sədrindən “Ukrayna xalqına sadiqliyini qoruyacağını” və “bu kritik anda Ukraynaya kömək etmək üçün lazım olan dəstəyin” qəbulunu təmin edəcəyini gözləyir. Co Bayden hesab edir ki, Konqres bağlanma halında baş verə biləcək “lazımsız böhranın” qarşısını alıb. Qanun əhali qarşısında öhdəlikləri yerinə yetirməyə imkan verəcək: hərbçilərə maaş vermək, sosial yardım göstərmək. “Bu, Amerika xalqı üçün yaxşı xəbərdir”.

Eyni zamanda o, yenidən respublikaçıları hökumətin maliyyələşdirilməsinin davam etdirilməsi ilə bağlı əvvəllər əldə edilmiş razılaşmaları pozmaqda ittiham edib. ABŞ Senatı Nümayəndələr Palatasının ardınca daha əvvəl səs çoxluğu ilə 45 gün müddətinə hökumətin maliyyələşdirilməsi layihəsini qəbul edib. Sənədi 88 senator dəstəkləyib, 9-u əleyhinə çıxıb. Senatda çoxluğun lideri Cak Sumer və azlıq lideri Mitch McConnell səsvermədən əvvəl Ukraynaya dəstəyin davam edəcəyinə söz veriblər, baxmayaraq ki, qanun layihəsində nəzərdə tutulmayıb.

Qanun layihəsi Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar tərəfindən təklif edilib. Senata nəzarət edən Demokratlar əvvəlcə Ukraynaya 6 milyard dollar yardımın müvəqqəti büdcəyə daxil edilməsini təklif etmişdilər.Bunun fonunda Pentaqon Kiyevə yardım üçün demək olar ki, bütün vəsaitin tükətdiyini bəyan edib. Müdafiə Nazirliyi döyüş meydanındakı vəziyyət üçün yeni yardımların göstərilməməsinin nəticələri ilə bağlı “ciddi xəbərdarlıq” edib.

//Samir Qurbanov, Editor.az